Zəka Evi adı «Ağıl evi» mənasını verir. Lakin biz sadəcə inkişaf yeri deyilik — biz hər uşaq üçün ikinci ailəyik.
Uşağın fərdi imkanlarını müəyyən etmək üçün təhlükəsiz, sevgi dolu və səmimi bir mühit yaratmaq, onları ölkəmizə, xalqımıza faydalı şəxsiyyət kimi gələcəyə hazırlamaqdır.
Bağça, ailə, cəmiyyət və dövlət dördbucağında mükəmməl bir əməkdaşlıq mühiti quraraq, uşaq inkişafında model rolunu oynayan və hamı üçün əlçatan olan nümunəvi bir təhsil ekosistemi yaratmaqdır.
İnanırıq ki, erkən uşaqlıqda ən önəmlisi sevgi, təhlükəsizlik və dünyanı kəşf etmək üçün məkandır. Proqramımız Montessori, Reggio-Emilia və oyun yolu ilə öyrənmə kimi müasir metodlara əsaslanır.
Hər uşaq unikaldır. Biz körpələri vahid qəlibə salmağa çalışmırıq — fərdi güclü tərəflərini üzə çıxarmağa kömək edirik.
Bütün tərbiyəçilərimizin ixtisas təhsili, təcrübəsi və ən əsası uşaqlara səmimi sevgisi var.
Məktəbəqədər pedaqogikada 15 illik təcrübə. Psixologiya magistri.
Montessori metodikası üzrə mütəxəssis. Üç uşaq anası.
Musiqi rəhbəri, konservatoriya məzunu.
Körpələrin sağlamlığına nəzarət edir və valideynlərə məsləhət verir.
Uşaqların fiziki və emosional təhlükəsizliyi hər şeydən öncə gəlir.
Hər uşaq səmimi sevgi və şəfqətlə əhatə olunur.
Hər uşağın fikrinə, seçiminə və fərdiliyinə dəyər veririk.
Yaradıcı düşüncəni və yeniliyə açıqlığı hər gün dəstəkləyirik.
Valideynlərlə açıq ünsiyyət və etibarlı tərəfdaşlıq qururuq.
Bağçamız hər bir uşaq üçün açıq və əlçatandır.
Ən çox soruşulan sualların cavabları. Sualınız yoxdur? Bizə zəng edin və ya yazın.
Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından birini xatırlatmaq istəyirəm: «Uşaqlar bizim gələcəyimizdir. Biz bu gün elə etməliyik ki, uşaqlar sağlam, bilikli, vətənpərvər ruhda böyüsünlər və gələcəkdə Azərbaycanın inkişafına layiqli töhfələr versinlər».
Bu hikmətli sözlər ölkəmizdə uşaq siyasətinin əsas istiqamətini təşkil edir. Məhz buna görə də dövlətimiz uşaqlara xüsusi qayğı və diqqətlə yanaşır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Uşaqlar cəmiyyətimizin sabahıdır» fikrini vurğulayaraq, ölkənin gələcək inkişafının məhz sağlam və vətənpərvər ruhda böyüyən gənc nəsildən asılı olduğunu qeyd etmişdir.
Sabahımızı parlaq, uğurlu və əmin etmək üçün uşaqların bağça təhsili olduqca mühüm əhəmiyyət kəsb edir. Biz komanda olaraq bu vəzifənin məsuliyyətini dərk edərək, Zəka Evinin uşaqları üçün ölkəmizin təhsil siyasətinə uyğun uzunmüddətli fəaliyyət proqramı hazırlamışıq.
Proqramın əsas məqsədi uşaqlarımızın sağlam, təhsilli, xoşbəxt və dürüst fərdlər kimi yetişməsidir. Düzgün qidalanma, aktiv oyunlar və vaxtında yuxu rejimi ilə uşağın bədəni və immuniteti gücləndirilir; dərslər parta arxasında deyil, oyunlar, rəsm, musiqi və kəşfiyyat üzərində qurulur; hər uşağın maraqlarına və inkişaf sürətinə uyğun fərdi yanaşma tətbiq olunur; uşaqlara emosiyalarını idarə etmək, paylaşmaq, empatiya qurmaq və problemləri sülh yolu ilə həll etmək öyrədilir; sərbəst yemək yemək, geyinmək, oyuncaqlarını yığmaq və şəxsi gigiyenasını qorumaq vərdişləri aşılanır.
Bütün bunlar üçün bağçamız standartlara uyğun qurulmuş maddi-texniki bazaya, təcrübəli və peşəkar müəllim heyətinə, eləcə də zəngin pedaqoji potensiala malikdir.
Bir dəfə görmək yüz dəfə eşitməkdən daha təsirlidir. Gəlin, Zəka Evini yaxından tanıyın, onu seçin və gələcəyinizi bizimlə birlikdə qurun. Sizə bu vacib seçimdə uğurlar arzulayıram.
Ümid edirəm ki, «Zəka Evi» Uşaq Bağçasını seçərək övladlarınızın Azərbaycanımıza, xalqımıza və dövlətimizə layiqli, təhsilli vətəndaşlar kimi sağlam böyüməsinə şahid olacaqsınız.
Uşaqlar bizim gələcəyimizdir. Onların təmiz qəlbləri, sevinc dolu baxışları və saf arzuları bizim üçün ən böyük ümid və dayaqdır.